Ən varlı idmançıların siyahısı açıqlandı

Siyahını "The Sunday Times" hazırlayıb

"The Sunday Times" idman aləminin ən varlı idmançılarının adlarını açıqlayıb. Siyahının ilkin pilləsində amerikalı qolfçu Tayqer Vudsdur. Onun varidatı 870 mln. dollar dəyərində qiymətləndirilir. 2010-cu ildə boşanma nəticəsində onun sərvəti 100 mln dollar azalıb.  İkinci yerdə "Formula-1"in dəfələrlə çempionu olan Mixail Şumaxerdir. Onun var-dövləti 825 mln dollardır. İlk üçlüyü isə 515 mln dollar ilə daha bir amerikalı idmançı - basketbolçu Maykl Cordan qapayır.

Növbəti yerlərdə isə qolfçu Arnold Palmer (370 mln), tennisçi Rocer Federer (315 mln), basketbolçu Kobi Brayant, avtosürücü Deyl Ernhard (300 mln), beysbolçu Aleks Rodriqes (280 mln) tutub.  Dünyanın ən varlı britaniyalı idmançısı isə futbolçu Devid Bekhemdir. 10-cu siyahıda qərarlaşan idmançının sərvəti 260 mln dollardır.  Siyahıda yer alan ən varlı rusiyalı və qadın idmançı isə tennisçi Mariya Şarapovadır. Onun sərvəti ilk onluqdakılardan geri qalsa da, kifayət qədər böyükdür - 90 mln. dollar. O, bu rəqəmə görə, siyahıdakı qadınlar arasında birincidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31