Rövnəq Abdullayev Mübariz Mənsimovdan kimin xahişini edib?

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciət edib. AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, Abdullayev Mənsimovdan Azərbaycan yığmasının üzvü olan Kamran Ağayevin klubun heyətində də meydana çıxmasına köməklik göstərməsini xahiş edib.
Qeyd edək ki, Ağayev Avropa Liqasının II təsnifat mərhələsində Polşa "Lex"i ilə cavab görüşündə "Xəzər Lənkəran"ın 0:1 hesablı məğlubiyyətindən sonra transferə çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31