Ronaldo "Barselona"nı hədələdi!

"Real"ın portuqlaiyalı forvardı Kriştiyanu Ronaldonun "iştahı" yamanca çoxalıb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu Çempionlar Liqasında keçirilən qarşılaşmada "Ayaks"ı darmadağın etdikdən sonra, iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibləri olan "Barselona"nı hədəf alan K.Ronaldo, ispaniya mətbuatına verdiyi açıqlamada katalon klubunun da "dərsini verəcəklərini" açıqlayıb: "Mən çox razıyam, biz gözəl oyun nümayiş etdirdik, əsas qələbə idi, qələbəsiz mənim qollarımın dəyəri olmazdı. İndi biz daxili çempionata fikir verməliyik. Növbəti oyun "Barselona" ilədir. Bu oyun çox çətin olacaq. Amma biz öz gücümüzə inanırıq. "Barselona"nın kadr itkisinə gəldikdə, meydana 11 futbolçu çıxacaq və bu çox əla komanda olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31