"Fənərbağça"dan daha bir aparıcı futbolçu gedir?
3 Oktyabr 2012 20:39 İdman"Fənərbağça" klubunun hücumçusu Miroslav Stok karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, slovakiyalı futbolçu "Anji" klubunun maraq dairəsinə düşüb.
Mahaçqala təmsilçisi Stokun transferi üçün 12 milyon ödəməyə hazır olduğunu açıqlayıb. "Anji"nin baş məşqçisi Quus Hiddink 22 yaşlı futbolçunu komandasında görmək istəyir. Lakin "Fənərbağça" rəhbərliyi bir sıra klubların maraq dairəsində olan Stok haqda qərar verməyə tələsmir.
Qeyd edək ki, "Fənərbağça" klubu Stokun transferi üçün ən azı 15 milyon avro tələb edir. "Anji" rəhbərliyi bu məbləğlə razılaşacağı təqdirdə Stok yanvar ayından Premyer Liqada çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31