Rusiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib
Hakimlər briqadası Makedoniyadandır
2 Oktyabr 2012 19:32 İdmanDÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib.
AFFA-nın verdiyi məlumata görə, matçın baş hakimi Aleksandar Stavrev, onun köməkçiləri isə Marjan Kirovski və Dejan Kostadinov olacaq.
Hakimlər briqadası Makedoniyadandır.
Dördüncü hakim Jovan Kaludjeroviç (Monteneqro), hakim-inspektor Steve Bennett (İngiltərə), komissar isə Nebojsa İvkoviç (Serbiya) təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31