Azərbaycan UEFA-nın konvensiyasına qoşuldu

Rusiyanın Sankt-Peterburq şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.
AFFA-nın verdiyi məlumata görə, tədbirdə qəbul olunmuş qərarlar arasında 4 milli assosiasiyanın Məşqçilər konvensiyasına qoşulması da var - Azərbaycan (Pro kateqoriyası), Avstriya (A kateqoriyası), Belarus (Pro kateqoriyası) və Fransa (A kateqoriyası).
Konvensiya öz qarşısına məşqçi peşəsini qorumaq və ixtisaslı mütəxəssislərin Avropa qanunlarına uyğun olaraq qitə ölkələrində sərbəst fəaliyyətinə şərait yaratmaq vəzifəsini qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31