Elnur Allahverdiyev millidən qovuldu

Azərbaycan milli komandasının oktyabrın 5-dən 17-dək müddətdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak üçün "Xəzər Lənkəran" klubunun üzvü Elnur Allahverdiyevə göndərilmiş dəvət millinin baş məşqçisi Berti Foqts tərəfindən ləğv olunub. AFFA xəbər verir ki, buna səbəb Premyer Liqanın VII turu çərçivəsində, sentyabrın 29-da, Tovuz şəhər stadionunda keçirilmiş "Turan" - "Xəzər Lənkəran" oyunu zamanı Elnur Allahverdiyevin idmançıya yaraşmayan hərəkətə yol verməsi və qırmızı vərəqə ilə cəzalandırılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31