Zidan "Real" Madridi tərk edir?
2 Oktyabr 2012 19:41 İdmanZinəddin Zidan "Real" klubundakı idman direktorluğu vəzifəsini tərk edib.
Sportal.az xəbər verir ki, buna səbəb fransalı ulduzun məşqçi olmaq istəyidir. Kral klubunun baş məşqçisi Joze Mourinyo açıqlamasında onun vəzifəsini tərk etməyini belə izah edib:
"İki ay bundan əvvəl Zidan vəzifəsindən gedəcəyini demişdi . O, məşqçi olmaq istəyir. O hesab edir ki, məşqçi olsa, daha böyük işlər görər və özünü bu işdə daha xoşbəxt hiss edər".
Zidan isə gedişini belə əsaslandırıb: "Mourinyoya Luiş Fiqo kimi idman adamı lazımdır ki, daim komandayla yaxın əlaqədə olsun. Artıq mən gələcəyimi gənc futbolçularla işləməkdə görürəm".
Bundan sonra Zidan ispan klubunun əvəzedici heyətində məşqçi işləyəcək. Amma ulduzun sona qədər burada qalmaq fikiri yoxdur. Onun əsas məqsədi Fransa yığmasının baş məşqçisi olmaqdır.