Azərbaycan millisi Özbəkistanla sülh bağladı

Daşkənd şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində futzal üzrə Azərbaycan milli komandası Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.Millimizin heyətində Vitali Borisov fərqlənib.Xatırladaq ki, bu komandalar arasında mayın 5-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə millimizin xeyrinə başa çatmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31