Belçikada ölkə çempion bəlli oldu

Futbol üzrə Belçika çempionatında çempion müəyyənləşib. Azerisport.az xəbər verir ki, mövsümün başa çatmasına 2 tur qalmış rəqibləri üçün əlçatmaza çevrilən "Anderlecht" növbəti çempionluğunu bayram edib.Ötən gün "Brugge" ilə 1:1 hesablı bərabərlik "Anderlecht"in qızıl medalları təmin etməsi üçün yetərli olub. Beləliklə, sözügedən komanda 2 illik fasilədən sonra yenə Belçikanın ən güclüsü adını qazanıb.Maraq üçün sonda onu da qeyd edək ki, "Anderlecht"in UEFA Çempionlar Liqasındakı taleyi bu il baş tutacaq final matçından böyük ölçüdə asılıdır. Məsələ burasındadır ki, bu ay keçiriləcək ÇL-in "Bayern" (Almaniya) - "Chelsea" (İngiltərə) finalında almanların qalib gələcəkləri halda "Anderlecht" qitənin ən nüfuzlu turnirinə birbaşa vəsiqə qazanacaq. Kuboku "Chelsea" başı üzərinə qaldıracağı halda isə Belçika çempionu mübarizəyə sonuncu təsnifat mərhələsindən başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31