Azərbaycan klubu makedoniyalı futbolçu ilə müqavilə imzaladı
7 May 2012 16:23 İdman"Neftçi" Makedoniya milli komandasının üzvü İqor Mitreski ilə müqavilənin müddətini uzadıb. Trend-in xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
""Neftçi"də qalmaq istəyimi müsbət qarşıladığı üçün klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm. "Neftçi" böyük tarixi və ənənələri olan bir klub və ən əsası - bir ailədir. Bu klubun bir parçası olmaq, onunla uğurlar qazanmaq xoşdur. "Neftçi"də bu il ikinci çempionluğu yaşadım. Çalışacağıq ki, Çempionlar Liqasında da uğurla çıxış edib, bizə bəslənən ümidləri doğruldaq. İstəyim odur ki, futbolçu karyeramı Azərbaycanın ən böyük klubu olan "Neftçi"də bitirim", - deyə Mitreski bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31