"Real" Madridin yeni stadionu belə olacaq
1 Oktyabr 2012 20:01 İdman"Real" (Madrid) klubunun rəhbərliyi komandanın hazırki stadionu "Santyaqo Bernabeo" arenasını yeniləməyi planlaşdırır.Qol.Az-ın məlumatına görə, bu barədə klubun prezidenti Florentina Perez açıqlama verib.
Perez yeni stadionun tamaşaçı tutumunu da artırmaq istədiklərini bildirib: "Hazırda əlimizdə 4 layihə var. Hamısı da bir-birindən gözəldir. Bunları müzakirə etmək bir qədər vaxt aparacaq.Mümkün olduğu qədər yeni stadionun tamaşaçı tutumunu artırmaq istəyirik. Üstəlik yeni arenanın Madridin və dünyanın simvolik stadionuna çevrilməsinə çalışacağıq. Qarşıdakı 3 mövsüm boyunca bu 4 layihədən biri üzərində işləyəcəyik".
Qeyd edək ki, "Santyaqo Bernabeo" stadionu 85,454 tamaşaçı tutumuna malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31