"Bəxtim gətirdi"

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Barselona"nın hücümçusu Lionel Messi İspaniya mətbuatına Kataloniya klubunda oynadığına görə qürur hissi keçirdiyini bildirib:
"Mənim bəxtim gətirdi ki, "Barselona"ya düşdüm. Bu klubda dahi futbolçular oynayırlar. Bütün futbolçulara təşəkkür edirəm. Əlbəttə, onlarsız mənim nailiyətlərim, qollarım, qələbələrim, mükafatlarım olmazdı. Çox şadam ki, mən "Barselona"da və Argentina yığmasında oynayıram, bu klub artıq dünya futbolunda tarix yazıb. Mənim oyunum komandada olan futbolçulardan asılıdır, onlarsız mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31