Bu da son!
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı davam edir.
29 Sentyabr 2012 22:17 İdmanKanada yığmasının oyunçusu Sandersonun zərbəsi dəqiq olur. Kanada-Azəröaycan - 1:0
KANADA - AZƏRBAYCAN - 1:0 (2-ci hissə)
Qol: V.Sanderson, 49.
-------
20:59
Milli.Az bildirir ki, hələlik matçda hesab açılmayıb.
KANADA - AZƏRBAYCAN - 0:0 (1-ci hissə)
Hakim: Klaudia Umpierres (Uruqvay).
Bakı. Dalğa Arena.
KANADA: 1. Kaylen Şeridan, 3. Madeline Yossi, 5. Rebekka Kvin, 7. Eşli Laurense (k), 9. Amandine Pyer-Luis, 10. Valerie Sanderson, 11. Nişelle Prins, 12. Kadeyşa Buçanan, 13. Elissa Neff, 14. Rebekka Pongetti, 20. Larisa Staub.
Ehtiyat oyunçular: 18. Teylor Buklin, 21. Marise Martel, 2. Lindsay Aqneu, 4. Sammer Klark, 6. Amanprest Şergil, 8. Yasmin Danda, 15. Viktoriya Pikket, 16. Emili Pyetrangelo, 17. Yordin Listro, 19. Nikole Lonkar.
AZƏRBAYCAN: 1. Aytac Şərifova, 2. Jalə Məhsimova, 6. Maya Danqadze, 7. Əminə Heydərova (k), 8. Aliyə Vəliyeva, 10. Nigar Cəlilli, 11. Şəfəq Nəsirova, 14. Süheyla İltər, 16. Melis Sarıaltın, 17. Olya Şioşvili, 20. Sabrina Ronaqi.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 21. Hülya Cin, 3. Jalə Məmmədova, 4. Ləman Bağırova, 5. Nərgiz Ömərova, 9. Sevinc Qurbanova, 13. Aysun Əliyeva, 15. Kamilə Məmmədova, 18. Leyla Solmaz, 19. Süsən Mənsimova.
--------
20:00
Milli.Az "Azerisport"a istinadən bildirir ki, oktyabrın 13-dək davam edəcək çempionatda Azərbaycan yığması da meydan sahibi qismində mübarizə aparır.
Təşkilatçı ölkə təmsilçisi olaraq yığmamız A qrupunda Kolumbiya, Nigeriya və Kanada ilə yarışır. Sissi Raytın yetirmələri mundialdakı ilk və tarixi matçını Kolumbiyaya qarşı keçirib və 0:4 hesabıyla uduzub. Komandamız ikinci görüşündə Nigeriyaya daha biabırçı hesabla yenilib - 0:1. İndi komandamız mundialdakı son matçında ən azı qol hesabını açmaq və ilk xalını qazanmaq üçün çalışacaq. Kanada isə Nigeriya ilə sülh bağlayıb, Kolumbiyanı məğlub edib.
A qrupunun digər oyununda isə Kolumbiya ilə Nigeriya üz-üzə gələcək.
DÇ-2012
A qrupu
29 sentyabr
20:00. Kanada-Azərbaycan
Hakim: Klaudia Umpierres (Uruqvay).
Bakı. Dalğa Arena.
20:00. Kolumbiya-Nigeriya
Hakim: Kardella Samuels (Yamayka).
Bakı. Bayıl stadionu.