Qalibə Cennifer Lopes mükafatı

Azərbaycanda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatında iştirak edən Meksika milli komandasının ilk turda Yeni Zelandiya üzərində qələbəsindən sonra oyunçulara qeyri-adi mükafat verilib. Lent.az-ın məlumatına görə, bu barədə komandanın futbolçusu Teylor Alvarado açıqlama verib. O bildirib ki, 1:0 hesabı ilə qalib gəldikdən sonra Meksika millisi Cennifer Lopesin "Baku Crystall Hall"da verdiyi konsertə yollanıb. Həm oyun, həm də konsert sentyabrın 23-də olub. Alvarado məşhur müğənni ilə eyni oteldə qaldıqlarını da açıqlayıb.


Qeyd edək ki, Meksika millisi "JW Marriott Absheron Baku Hotel"də məskunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31