Müsəlman futbolçu dinini dəyişdi
Berkant Göktan buddizm üzərində seçim edib
26 Sentyabr 2012 20:10 İdmanTürkiyənin "Galatasaray" və "Beşiktaş" klublarında oynayan, narkotik maddə istifadəçisi olduğu üçün karyerası bitən müsəlman futbolçu dinini dəyişdirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 32 yaşlı Berkant Göktan buddist olub.
Xatırladaq ki, 17 yaşında Münhenin "Bavariya" klubunun formasını geyinən Göktan 2008-ci ildə kokain istifadəçisi olduğu üçün Almaniya klubu onunla müqaviləsini pozub. 2010-cu ildə o, yenidən futbola qayıtmaq istəyib. Futbolçu Tayland klubu olan "Muangthong" ilə müqavilə imzalasa da, heç bir matçda əyninə forma geyinə bilməyib.
Uzaq şərqdə buddizmlə tanış olan futbolçu bundan sonra pəhrizə başlayıb. Kokaindən canını qurtaran futbolçu indi ikinci şans axtarışındadır.