“Barselona”dan Xaviyə yeni müqavilə

İspaniyanın "Barselona" klubu təcrübəli futbolçusu Xavi Ernandeslə müqaviləni uzatmaq üçün danışıqlara başlamaq niyyətindədir.Lent.az-ın məlumatına görə, bu barədə 32 yaşlı yarımmüdafiəçinin agenti İvan Korretxa açıqlama verib.O bildirib ki, yeni sövdələşmə daha yaxşı şərtlərlə imzalanacaq.
Ümumiyyətlə, "Barsa" rəhbərliyi komandanın liderləri ilə anlaşma müddətini indidən uzatmaq istiqamətində iş aparır. Klub prezidenti Sandro Rossel Lionel Messi ilə yeni müqavilə bağlamalarının gərəkliyini açıqlayıb. İyunda Karles Puyol, Erik Abidal, Kristian Telyo və Mark Munyesin, gələn mövsümün sonlarında isə David Vilya, Viktor Valdes, Xavi, Martin Montoyya və Mark Bartra ilə müqavilələrin müddəti başa çatır.
Qeyd edək ki, Xavi Ernandes "Barselona" məktəbinin yetirməsi sayılır. O, 1998-ci ildə əsas komandada debüt edib. Xavi Kataloniya komandasının heyətində Çempionlar Liqasının 3 qat sahibi və 6 qat İspaniya çempionu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31