"Neftçi" futbolçuları cəzalandırıldı

Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib. Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, iclasda Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Neftçi" oyunundakı məğlubiyyətə görə məşqçilər korpusunun fikirləri dinlənilib və bununla bağlı hesabat alınıb.
Bundan başqa, işinə etinasız yanaşan bəzi futbolçular cəzalandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31