Azerbaijan-2012: Azərbaycan Nigeriya ilə üz-üzə

Bu gün keçiriləcək 4 oyunla 17 yaşadək qızlar arasında dünya çempionatında II tura start veriləcək.
Azerisport.az xəbər verir ki, oktyabrın 13-dək davam edəcək çempionatda Azərbaycan yığması da meydan sahibi qismində mübarizə aparır.
Təşkilatçı ölkə təmsilçisi olaraq yığmamız A qrupunda Kolumbiya, Nigeriya və Kanada ilə mübarizə aparır. Sissi Raytın yetirmələri mundialdakı ilk və tarixi matçını Kolumbiyaya qarşı keçirib və 0:4 hesabıyla uduzub. Komandamız ikinci görüşünü bu gün Nigeriyaya qarşı keçirir. Hansı ki, bu rəqibimiz ilk görüşündə Kanada ilə sülh bağlamışdı - 1:1.
A qrupunun digər oyununda isə Kolumbiya ilə Kanada görüşüb.

DÇ-2012
A qrupu
25 sentyabr

KOLUMBİYA - KANADA 0:1 (0:0)
Qol: Klark, 51.
Bakı. "Şəfa" stadionu
Baş hakim: Carina Vitulano (İtaliya).

17:00. AZƏRBAYCAN - NİGERİYA
Lənkəran şəhər mərkəzi stadionu.
Baş hakim: Alondra Arellano (Meksika).

AZƏRBAYCAN: 1. Aytac Şərifova, 2. Jalə Məhsimova, 6. Maya Danqadze, 7. Əminə Heydərova (k), 8. Aliyə Vəliyeva, 9. Sevinc Qurbanova, 10. Nigar Cəlilli, 11. Şəfəq Nəsirova, 14. Süheyla İltər, 18. Leyla Solmaz, 20. Sabrina Ronaqi.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 21. Hülya Cin, 3. Jalə Məmmədova, 4. Ləman Bağırova, 5. Nərgiz Ömərova, 13. Aysun Əliyeva, 15. Kamilə Məmmədova, 16. Melis Sarıaltın, 17. Olya Şioşvili, 19. Süsən Mənsimova.
NİGERİYA: 1. Gift Andi, 4. Oliçu Ofoeqbu, 5. Uqoçi Emenayo, 9. Aminat Yakubu, 10. Tessi Byahvo, 13. Mabel Effiom, 14. Halimatu Ayinde, 15. Viktoriya Aydelomon, 16. Jiroro İdike, 18. Ebere Okoye, 19. Çinvendu İhezuo.
Ehtiyat oyunçular: 12. Sandra Çiçi, 21. Rita Obeni, 2. Sara Nodim, 3. Hauva Abdullahi, 6. İhuoma Onyebuşi, 7. Çidinma Edeji, 8. Coy Bokiri, 11. Yetunde Adebayejo, 17. İheoma Amos, 20. Eluemunor İjeh.

Bu gün, saat 17:00-da daha bir oyun da start götürüb. B qrupunda ABŞ Qambiya yığması ilə qarşılaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31