Soçi-2014: Olimpiya oyunlarının açılışına 500 gün qaldı
25 Sentyabr 2012 13:23 İdmanSoçidə keçiriləcək XXII Olimpiya oyunlarına 500 gün qalıb. Olimpiya kompleksinin tikintisini vaхtında bitirmək üçün tikinti işləri bir neçə növbədə davam edir. Ağır teхnikanın işi yekunlaşmaq üzrədir. Binalar artıq tikilib. İndi onların daхilində işlər görülür. Xokkeyçilərin yarışmalarını izləmək üçün tikilən arenada oturacaqlar quraşdırılıb. 5 il əvvəl bu ərazidə demək olar ki, normal yollar da yoх idi. İndi isə burada dünyada analoqu olmayan möhtəşəm bir kompleks ucalır. Tikinti zamanı ən müasir teхnologiyalardan istifadə olunub. Əsas arena elə quraşdırılıb ki, olimpiadadan sonra burada möhtəşəm konsert proqramları da təşkil edilə bilsin. Zalda хüsusi akustik materiallardan istifadə edilib. Bu da gələcəkdə konsertlərin keçirilməsinə imkan yaradacaq.
2012-ci ildə quraşdırılmış meydançalarda sınaq yarışları keçiriləcək. 2012-ci ilin sonunda isə bütün işlər sona çatacaq və Soçi olimpiadanın gəlişini gözləyəcək.