Azərbaycan klubu baş məşqçisini qovdu

“Qəbələ” klubunda baş məşqçi dəyişikliyi reallaşıb

Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi bu gün "Rəvan"a evdə məğlubiyyətdən sonra türkiyəli çalışdırıcı Fatih Kavlakı istefaya göndərib.Onun yerinə namizəd 2 yerli mütəxəssis - Ramiz Məmmədovla Ağasəlim Mircavadovdur. Məmmədov ona görə gətirilə bilər ki, əvvəllər uzun illər komandanın çalışdırıb və indi də idman direktoru kimi klubun daxilindədir. Ancaq Mircavadovun şansı daha çox qiymətləndirilir.Qeyd edək ki, Kavlak 1 il öncə istefa verən ingiltərəli həmkarı Toni Adamsı əvəzləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31