DÇ-2012: Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlandı

Azərbaycanda 17 yaşadək futbolçu qızlar arasında keçirilən dünya çempionatında 2-ci turun hakimləri açıqlanıb.

Lent.az-ın məlumatına görə, Azərbaycan mili komandasının Nigeriya ilə görüşünə meksikalı Alondra Arellano baş hakim təyin olunub.

Ona honduraslı Şirli Perelyo və Medi Santos yan xətt, polşalı Karolina Radjik-Yohan isə dördüncü hakim qismində yardımçı olacaqlar. Sentyabrın 25-də Lənkəran şəhər Mərkəzi stadionunda baş tutacaq matç saat 17:00-da başlanacaq.

25 sentyabr

14:00. Kolumbiya - Kanada

Bakı, "Şəfa" stadionu

Hakimlər: Karina Vitulano, Romina Santuari, Ciliana Quarino (hər üçü - İtaliya), Yana Adamkova (Çexiya)

14:00. Fransa - KXDR

Bakı, "Dalğa Arena"

Hakimlər: Cillian Martindeyl (Barbados), Suzanna Morisset (Kanada), Milaqros Leonardo (Dominikan Respublikası), Kardella Samuels (Yamayka)

17:00. Azərbaycan - Nigeriya

Lənkəran şəhər Mərkəzi stadionu

Hakimlər: Alondra Arelyano (Meksika), Şirli Perelyo, Medi Santos (hər ikisi - Honduras), Karolina Radjik-Yohan (Polşa)

17:00. ABŞ - Qambiya

Bakı, "Dalğa Arena"

Hakimlər: Etsuko Fukano (Yaponiya), Mei Hsiu Liu (Çin Taypeyi), Çie Ohata (Yaponiya), Fino Vulivuli (Fici)

26 sentyabr

17:00. Meksika - Brazil

Bakı, 8 KM stadionu

Hakimlər: Katerina Monzul (Ukrayna), Urania Foskolu, Panagiota Kutsumpu (hər ikisi - Yunanıstan), Moraq Piri (Şotlandiya)

17:00. Uruqvay - Qana

Bakı, "Bayıl Arena"

Hakimlər: Hyanq Ok Ri, Kum Nyo Honq (hər ikisi - KXDR), Linqlinq Çanq (Çin), Katalin Kulşar (Macarıstan)

20:00. Yeni Zelandiya - Yaponiya

Bakı, 8 KM stadionu

Hakimlər: Kardelya Samuels (Yamayka), Nikasi Liverpul (Hayana), Elizabet Agilar (Salvador), Klaudia Umpierres (Uruqvay)

20:00. Çin - Almaniya

Bakı, "Bayıl Arena"

Hakimlər: Aissata Amegi (Toqo), Diana Mukasa (Uqanda), Emmanuella Aqlaqo (Qana), Fino Vulivuli (Fici)

Qeyd edək ki, ilk turda Azərbaycan millisi Kolumbiyaya böyük hesabla uduzub - 0:4.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31