UEFA "Neftçi"ni cəzalandırdı
24 Sentyabr 2012 17:38 İdmanUEFA-nın İntizam Komitəsi sentyabrın 17-də keçirilmiş "Neftçi" - "Zestafoni" matçı ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, qərara əsasən, komandamız cəzalandırılıb.
Qitə futbol qurumundan ünvanlanan məktubda cəzaya səbəb kimi "Zestafoni" - "Neftçi" matçının 21 və 62-ci dəqiqələrində azarkeşlərin 4 ədəd fişəng yandırması, eləcə də fanatların 75, 78 və 82-ci dəqiqələrdə meydançaya kağız rulon atması göstərilib.
Bu səbəbdən İntizam komitəsi müvafiq bəndləri əsas gətirərək, "ağ-qaralar"ı 20 min avro məbləğində cərimələyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31