Terim: "Hakimlər orada boşu-boşuna nəyə dururlar?"

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Akhisar Belediye" ilə oyundan sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran təcrübəli məşqçi ötən həftə baş tutan "Mançester Yunayted" - "Qalatasaray" görüşünü idarə edən hakimlərə də öz etirazını bildirib. Xususilə, oyunun baş hakimi Volfqanq Ştarkı tənqid atəşinə tutub.
Əvvəlcə "Akhisar" oyunu haqqında danışan Fatih Terim bunları deyib:
"3 xal qazandığımız üçün çox sevinirik. "Akhisar"ı da təbrik edirəm. Onlar da əllərindən gələni etdi. Hətta bizi bir ara sıxıntıya da saldılar. "Mançester Yunayted"dən sonra diqqətimizi bu oyuna yönəltmişdik. Maraqlı matç idi, asanlıqla qələbə qazandıq. Əsas odur "Qalatasaray" liderliyini qoruyur. 3 xalı 3 qolla qazanmaq gözəl bir şeydi".
Daha sonra "Mançester Yunayted"lə oyunda "Qalatasaray"ın penaltisini verməyən alman hakim Volfqanq Ştark haqqında soruşulan suala "İmperator" belə cavab verib:
""Mançester"dəki hakimə bir şey demirəm. Skandal bir hakimdi, onda hakimlikdən əsər-əlamət qalmayıb. 3 gündür oyunu izləyirik. Görəsən, bu hakimlər nə üçün var? Həmin epizodları görsünlər deyə var. Görmürlərsə, orada boşu-boşuna nəyə dururlar?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31