Azərbaycan millisi məğlub oldu

Kolumbiya millisi qızlardan ibarət komandamızın qapısından 4 cavabsız qol keçirib

Bu gün Bakıda Tofiq Bayramov adına Respublika Stadionunda 17 yaşadək qızlardan ibarət milli komandalar arasında III dünya çempionatına start verilib. ANS PRESS-in məlumatına görə, ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi mundialın ilk oyun günündə 4 matç baş tutub.Əsas diqqət isə təbii ki, Azərbaycan millisinin keçirdiyi oyuna yönəlmişdi. Bu qarşılaşmada almaniyalı baş məşqçi Sissi Raytın rəhbərlik etdiyi yığmamız Kolumbiya milli komandası ilə üz-üzə gəib.Yığmamızdan hər kəsin qələbə gözlədiyi bir oyunda isə ilk olaraq hesabı kolumbiyalı qızlar açıb. Belə ki, oyunun 17-ci dəqiqəsində Dayana Kastillo komandasını sevindirib.Çox keçməyib ki, yenə də Dayana Kastillo oyunun 20-ci dəqiqəsində hesab arasındakı fərqi ikiyə çatdırıb: 0:2.Birinci hissənin sonunda, oyunun 44-cü dəqiqəsində Qabriela Maldonado azərbaycanlı qızların qapısından üçüncü topu keçirib. Qızlarımız oyunun ilk yarısını böyük hesablı məğlubiyyətlə bitiriblər: 0:3.İkinci hissədə toplar arasındakı fərqin azalacağını gözləsəkdə, yenə oyunda üstün olan Kolumbiya yığma komandası fərqlənib. Belə ki, oyunun 73-ci dəqiqəsində Laura Aqirre hesabı 0:4 edir. Oyun elə bu hesabla da bitir.
Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandası ilk oyunda 0:4 hesabı ilə məğlub olub.

Bu gün keçirilən digər matçların hesabları isə belə olub:

B qrupu

KXDR - Qambiya - 11:0
Fransa - ABŞ - 0:0

A qrupu

Nigeriya - Kanada - 1:1
Azərbaycan - Kolumbiya - 0:4

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31