İlham Əliyev FIFA U-17 qadınlararası dünya çempionatının açılışında olub

Dünyaca məşhur müğənni Jenifer Lopez Tofiq Bəhramov adına stadionda çempionatın rəsmi açılış mərasimində çıxış edib

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva FIFA U-17 qadınlararası dünya çempionatının təntənəli açılış mərasimində iştirak ediblər Prezident İlham Əliyev FIFA-nın prezidenti Yozef Blatter Azərbaycan və Kolumbiya yığmaların futbolçularını salamlayıb, onlara uğur diləyiblər.Açılış mərasimindən sonra Azərbaycan və Kolumbiya yığmaları arasında oyun başlanıb, Azərbaycanın və Kolumbiyanın dövlət himnləri səslənib.Dünyaca məşhur müğənni və aktrisa Jenifer Lopez Bakıda "Tofiq Bəhramov" stadionunda FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi açılış mərasimində çıxış edib. O, Azərbaycan publikası üçün eksklüziv nömrə ilə çıxış edib Hazırda Azərbaycan və Kolumbiya yığmaları arasında görüş davam edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31