“Neftçi” Avropa Liqasında ilk xalını qazandı
Çempionumuz səfərdə “Partizan”la heç-heçə oynadı
21 Sentyabr 2012 10:43 İdmanUEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, Bakının "Neftçi" klubu Belqradda yerli "Partizan"la qarşılaşıb.Oyunda komandalardan heç biri fərqlənə bilməyib və qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, "Neftçi" Azərbaycan klubları tarixində ilk dəfə iştirak etdiyi qrup mərhələsində ilk qazanmış oldu. Nəzərə alsaq ki, bu xal səfərdə qazanılıb, onun çox qiymətli olduğu şübhəsizdir.Qrupdakı digər qarşılaşmada Milanın "İnter" və Kazanın "Rubin" kubları da heç-heçə oynayıblar - 2:2.İlk turdan sonra qrupdakı bütün komandaların hərəyə 1 xalı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31