Həmit Altıntop: ""Mançester Yunayted"lə cavab matçı fərqli olacaq"
20 Sentyabr 2012 20:25 İdman"Qalarasatay" klubunun yarımmüdafiəçisi Həmid Altıntop dünən keçirilən "Mançester Yunayted"lə oyunu dəyərləndirib. Qol.Az-ın məlumatına görə, Altıntop revanşın çox fərqli olacağını bildirib: "Oyuna yaxşı köklənmişdik və 2-3 qol epizodu yaxaladıq. Hətta penalti epizodunda hakimin fiti susdu. Baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirdik. Ancaq təəssüf ki, məğlub olduq. Ən çətin səfər matçımıza çıxmışdıq. Düşünürəm ki, cavab matçı çox fərqli olacaq. Növbəti görüşlərdə qələbə qazanaraq qrupdan çıxacağımıza inanıram".
Qeyd edək ki, "Qalatasaray" ÇL-in qrup mərhələsinin ilk oyununda səfərdə "Mançester Yunayted"ə 0:1 hesabı ilə məğlub olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31