Aleks Ferqüsson: "Bu, mənim günahımdı..."

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqüsson "Qalatasaray"oyunundan sonra Goal.com-a açıqlama verib: "Düzünü deyim ki, mən başa düşmədim axı penaltini niyə Nani vurdu. Mən Van Persini nəzərdə tutmuşdum, yəqin o, sadəcə, qaçdı və topu götürdü. Bu, mənim günahımdı. Əvvəlcədən gərək deyərdim ki, kim vuracaq penaltini. İkinci hissədə ikinci qolu vurmaq üçün imakanlarımız oldu, amma yararlana bilmədik. Bu bizi narahat edir. Penaltini vurmamaqla "Qalatasaray"ı oyuna canlandırdıq. Hesab 2:0 olsaydı, çətin oyuna qayıda bilərdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31