Rabitə idman klubunun veb-səhifəsi yaradılacaq

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Rabitə" İdman Klubunda olimpiya iştirakçıları ilə görüşüb. Nazirliyin məlumatına görə, Əli Anbbasov bildirib ki, "Rabitəçi" İK-nın idmançılarından 3 nəfərin olimpiya yarışlarında iştirak etməsi və Teymur Məmmədovun bürünc mükafata layiq görülməsi klubun ən böyük uğurlarındandır.
Nazir idmançıların məşq zallarındakı şəraiti ilə yaxından tanış olaraq onların qayğıları ilə maraqlanıb, klubun veb-səhifəsinin yaradılması ilə bağlı tapşırıq verib. Nazirə məlumat verilib ki, "Rabitəçi" İK-nın regionlarda olan filiallarında da şərait yaradılıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31