AFFA-dan Aygünə ağır zərbə? VIDEO
20 Sentyabr 2012 17:00 İdmanAygün Kazımovanın "QOL" mahnısı AFFA-ya lazım olmayıb. "Qafqazinfo" Gun.Az-a istinadən xəbər verir ki, AFFA-nın sifarişi və dəstəyi ilə Qadınlar arası dünya futbol çempionatı üçün himn yazdıran Aygün Kazımovanın "Qol" mahnısı bəyənilməyib. Son məqamda müğənni ilə razılaşmayan təşkilatçılar xalq artistinin çempionat ərəfəsində nəzərdə tutulan xidmətlərindən, həm də "Qol" mahnısından vaz keçiblər. Belə ki, Bulvarda yaradılan "Fan Zone"nin açılışında Aygün Kazımovanın çıxışı gözlənilsə də, ona səhnəyə çıxmağa icazə verməyiblər. Qeyd edək ki, "Qol" mahnısının sözləri Namiq Qaraçuxurluya məxsusdur.
***
"Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün AFFA-ya müraciət etsə, qurum bu məsələnin onlara heç bir aidiyyatı olmadığını bildirib. FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Komitəsi isə saytımıza açıqlamasında xalq artisinin "Qol" mahnısından imtina edilməsinı təkzib edərək məlumatın doğru olmadığını vurğulayıb.
Təşkilat Komitəsindən bildirilib ki, Aygün Kazımova "Fan Zone"-nın açılışında iştirak edəcək və elə sözügedən mahnını da oxuyacaq.
Bu da həmin mahnının sözləri və klipi:
Tapa-tapa rəqibin qapısına yol,
Birgə söyləyək qol, qol, qol.
Uğurlar olsun bol, bol, bol,
Səni gəlməyəsən gözə futbol.
Ehtiyat etsin hamı səndən,
şərəf ol bizə futbol.
Uğur gətir, bizə, bizə, bizə futbol,
səni gəlməyəsən gözə futbol.
Bütün rəqiblərimiz biləcəklər,
2012-də görəcəklər,
Qızlarımız göstərəcəklər,
yeni bir taktika, təzə futbol
Səni gəlməyəsən gözə futbol, gözə futbol
Ehtiyat etsin hanı səndən
şərəf ol bizə futbol,
Uğur gətir, bizə, bizə, bizə futbol,
səni gəlməyəsən gözə futbol.