Olivye Dakur: "Gələcəkdə Azərbaycanda yaxşı futbol olacaq"

"Azərbaycanla bağlı təəssüratlarım yaxşıdır. Futbolunuzu, milli komandanızın oyunlarını izləmişəm". Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri Bakıda səfərdə olan Fransa futbolunun məşhur simalarından olan Olivye Dakur deyib. O, Azərbaycan yığmasının Portuqaliya ilə son oyununu izlədiyini də bildirib: "Düzdür, komandanız böyük hesabla uduzdu. Amma milliniz pis təsir bağışlamadı. Birinci hissədə qapınızı toxunulmaz saxlaya bilmişdiniz".  O.Dakurun fikrincə, Azərbaycan futbolunda böyük irəliləyişlər olacaq: "Hətta bu gün futbol ənənəsi olmayan ölkələrdə də bu idman növü inkişaf edir. Mən Azərbaycanda klublara, o cümlədən milli komandaya yaradılan qayğını görürəm. Bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə sizdə yaxşı futbol olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31