Azərbaycan Premyer Liqasının adı dəyişdi
Bundan sonra çempionat Topaz Premyer Liqası adlanacaq
19 Sentyabr 2012 17:06 İdmanBu gün "Topaz" və Peşəkar Futbol Liqası (PFL) arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanması ilə bağlı mətbuat konfransı keçirilib. Lent.az-ın verdiyi məlumata görə, tədbir zamanı PFL-nin prezijdenti Ramin Musayev və "Azərintelfek" şirkətinin (TOPAZ əmtəə nişanının sahibi) Direktorlar Şurasının sədri Ahmet Xezer 3 illik strateji əməkdaşlıq müqaviləsi imzalayıblar. Anlaşmaya əsasən sentyabrın 19-dan etibarən "Topaz" Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və Azərbaycan Premyer Liqası bundan sonra Topaz Premyer Liqası adlandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31