"Fənərbağça" "Marsel"lə oyun öncəsi ciddi itkiylə üzləşdi

Türkiyənin "Fənərbağça" klubu futbol üzrə Avropa Liqasında Fransa "Marsel"i ilə keçirəcəyi qrup mərhələsinin ilk tur matçına ciddi itkilərlə çıxacaq.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Mehmet Topal və hücumçu Dirk Kuyt zədə üzündən sentyabrın 20-də keçiriləcək matçını buraxacaq.
Topalın sol diz toxumalarının zədələndiyi və qanadığı aşkarlanıb. Kuytun isə sağ ayağının arxa əzələsinin qırıldığı müəyyənləşib. Daha 3 zədəli - Sərdar Kəsimal, Egemen Korkmaz və Miloş Krasiçin müalicələri isə davam edir.

Qeyd edək ki, "Şükrü Saracoğlu" stadionunda keçiriləcək "Fənərbağça" - "Marsel" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Oyunu xorvatiyalı baş hakim İvan Bebek idarə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31