Terim polislərlə savaşdı

UEFA Avropa Çempionlar Liqası  H Qrubu ilk maçında "Mançester United" ilə qarşılacaq "Qalatasaray" futbol klubu İngiltərəyə səfəri ərəfəsində arzuedilməz olayla qarşılaşıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hava limanında çoxlu sayda tərəfdar tərəfindən qarşılanan sarı-qırmızılılar polis tərəfindən saxlanılıb. Belə ki, aeroportda çoxlu sayda insanın toplaşmasına etiraz edən ingilis polisi tərəfdarlara dağılmağı əmr edib. Baş vermiş qarşıdurma nəticəsində bir neçə türk tərəfdar həbs edilib. Buna etiraz edən "Qalatasaray" futbol klubunun məşqçisi Fateh Terimlə isə polis arasında mübahisə ayaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31