"Çelsi" azarkeşlərinə şad xəbər
18 Sentyabr 2012 20:15 İdman"Çelsi"nin kapitanı Con Terri Çempionlar Liqasının 1-ci turunda "Yuventus"a qarşı oyunda iştirak edə biləcək. Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının son turunun KPR-lə oyununda təcrübəli futbolçu zədə almışdı və onun qarşıdakı görüşləri buraxacağı deyilirdi. Ancaq dünən yayılan xəbərə görə, ingilis müdafiəçi meydana çıxmağa hazırdır.
Bundan əlavə Con Obi Mikel və Xuan Matanın da zədə ilə bağlı problemləri olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31