"Real" İspaniya çempionu oldu VIDEO
3 May 2012 15:03 İdman"Kral klubu" çempionatın bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirdi. Madridin "Real" klubu İspaniya çempionu olub. Anspress-in məlumatına görə, "Kral klubu" 20-ci turun təxirə salınmış oyununda "Atletik"ə qalib gəlib və rəqibləri üçün əlçatmaz yerə yüksəlib."Real" Avropa Liqasının finalçısının qapısından üç cavabsız top keçirib. İlk 20 dəqiqədə Qonsalo İquain və Məsud Özil fərqləniblər. İkinci hissənin əvvəlində isə Kriştianu Ronaldu oyunda son nöqtəni qoyub.
Bu qələbə nəticəsində əldə edilən üç xal "Real"a çempionatın bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirməyə imkan verib.Qeyd edək ki, "Real" sonuncu dəfə 2008-ci ildə ölkə çempionu olub. Son üç ildə isə bu titulu "Barselona" qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31