"Borussiya"nın hücumçusu rəsmən Çin klubunda

Bu mövsüm Almaniya Bundesliqasının qalibi olan "Borussiya" (Dortmund) klubunun hücumçusu Lukas Barrios karyerasını Çində davam etdirəcək.Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, paraqvaylı futbolçu Çinin "Guanzo Evergrande" klubu ilə 4 illik müqavilə imzalayıb.Dortmund təmsilçisinin idman direktoru Maykl Zorq Barriosun bu qərarını normal qarşıladıqlarını və bu səbəbdən də ona yeni müqavilə təklif etmədiklərini bildirib. Lakin Çin təmsilçisinin "Borussiya"ya nə qədər təzminat ödəyəcəyi haqda heç bir məlumat verilməyib.Qeyd edək ki, 2009-cu ildən "Borussiya"da çıxış edən Barrios keçirdiyi 82 oyunda 39 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31