İtaliya A Seriyasında rəzalət: məşqçi oyun zamanı futbolçunu döydü VIDEO
3 May 2012 14:00 İdmanİtaliya A Seriyasında inanılmaz olay yaşanıb. Milli.Az azerisport.az saytına istinadən xəbər verir ki, ötən gecə baş tutan 36-cı turun "Fiorentina" - "Novara" (2:2) matçının gedişində meydan sahiblərinin baş məşqçisi Delio Rossi komandasının üzvü Adem Lyajiçi döyüb.Buna səbəb sözügedən futbolçunun matçın 32-ci dəqiqəsində əvəzlənərkən baş məşqçisinə etirazı olub. Artıq ilk 30 dəqiqə ərzində doğma meydanda 2 cavabsız qolla məğlub duruma düşdüyü üçün onsuz da gərginlikdə olan meydan sahiblərinin düşərgəsində belə bir olayın baş verməsi vəziyyəti daha da gərginləşdirib. Komandasının çıxışından narazı olan mütəxəssisin bu qərarına yetirməsinin etirazı Delio Rossini ümumiyyətlə özündən çıxarıb. Bu üzdən də o, serbiyalı futbolçunu döyməyə başlayıb. Hadisə digər futbolçuların və məşqçilərin vəziyyətə müdaxiləsindən sonra sakitləşib.