Joze Mourinyo: “Bu çempionluq ən çətinidir”

İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçisi Joze Mourinyo çempionluq münasibətilə fikirlərini bölüşüb. Lent.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu qələbəyə layiq olduqlarını bildirib.  Mourinyo deyib: "Mövsüm ərzində əla futbol sərgilədik. Ona görə də çempionluğu ləyaqətlə bayram edirik. Qələbəni "Real Madrid"ə azarkeşlik edən, bizə dəstəyini əsirgəməyən hər kəsə ithaf edirik. Ən böyük minnətdarlığı isə öz ailələrimizin ünvanına çatdırmaq istərdim. Onlar qələbənin necə ağır başa gəldiyini gördülər".  49 yaşlı mütəxəssis əvvəllər Portuqaliya, İngiltərə və İtaliya komandaları ilə də çempion olub. Lakin onun fikrincə, indiki çempionluq ən çətinidir: "Bu, mənim 7-ci titulumdur. Ona görə də emosiyalarım aşıb-daşır. Gələcək planlarımı isə "Real Madrid"in idman direktoru ilə müzakirə edəcəyik".  Qeyd edək ki, "Real Madrid" mayın 2-də İspaniya çempionatının 36-cı turunun "Atletik"lə oyununda 3:0 hesabı ilə qalib gəlib və sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31