Masazır-Novxanı yolunda ağır qəza - Ölən və yaralananlar var
16 Dekabr 2023 11:34 HadisəÖtən axşam Abşeron rayonunun Masazır-Novxanı yolunda, Duz gölü yaxınlığında iki avtomobil toqquşub, xəsarət alanlar var.
Olaylar.az xəbər verir ki, bu barədə Abşeron Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəzada xəsarət alan "VAZ 21099" markalı avtomobilin sürücüsü Namiq Abbasqulu oğlu Quliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən gün Abşeronda "KİA" və "VAZ 21099" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31