Azərbaycanda sürücünü döyüb “Prius”unu əlindən aldılar
15 Dekabr 2023 12:43 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Samux polisi sürücünü döyərək avtomobilini qaçıran şəxsləri saxlayıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək "Toyota-Prius" markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31