Uşaq qızılcadan vəfat etdi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

TƏBİB qızılcadan ölən dörd yaşlı Şəmkir rayon sakini H.Allahyarovla bağlı açıqlama yayıb.

Qurumdan Olaylar.az-a bildirilib ki, valideynləri uşağın stasionar müalicəsindən imtina ediblər.

"Serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib. Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər.

Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31