Esmira Babayeva vəfat etdi -

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Əməkdar artist, skripka ifaçısı Esmira Babayeva vəfat edib.

Olaylar.az bildirir ki, bu barədə onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

O, bacısının bu gün səhər saatlarında vəfat etdiyini bildirib.

Esmira Babayeva bu gün dəfn ediləcək.

Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, "Dan ulduzu" instrumental ansamblının ilk skripka ifaçısı olub.

Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır. /APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31