Cəlilabadda ağır qəzada xəsarət alanların vəziyyəti açıqlandı
14 Dekabr 2023 14:50 HadisəCəlilabad rayonunda ağır yol qəzasında xəsarət alan 3 nəfərin (1 kişi, 2 qadın) vəziyyəti orta ağır, 2 nəfərin (kişi cinsli) durumu isə kritik ağır olaraq qiymətləndirilir.
Bu barədə Olaylar.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, dekabrın 14-də saat 10:00 radələrində Cəlilabad rayonunda baş verən qəza ilə əlaqədar 5 nəfər (3 kişi, 2 qadın olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Vurğulanıb ki, onlara müxtəlif nahiyələrin küt travması, daxili qanaxma, kəllə sümüklərinin açıq sınığı və qarın boşluğu orqanlarının zədələnməsi diaqnozları qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31