ANAMA əməkdaşı Ağdamda minaya düşdü, ayağı amputasiya olundu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi Ağdam rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

Qurumdan Olaylar.az-a bildirilib ki, 2023-cü il 5 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31