Bakı sakini mənzillərdən pul və qızıl oğurladı
4 Dekabr 2023 10:14 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda mənzillərdən oğurluq edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Puta qəsəbəsində ayrı-ayrı vaxtlarda iki evdən 2500 manat pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Cəfərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31