Qaxda iki maşın toqquşdu - Yaralılar var

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qax şəhərinə giriş hissədə, dairəvi meydanda yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində sürücülər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, qəza sürücülərdən birinin yol-hərəkət qaydalarına və nişanlara məhəl qoymaması nəticəsində baş verib.

Qəzada yaralanan şəxslər hadisə şahidlərinin köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hər iki sürücü müayinədən keçib, müalicələr təyin olunub. Onların müalicələri xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb, təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31