Azərbaycanda zəncirvari qəza - yaralılar var

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Qax rayonunda minik və yük avtomobilləri toqquşub.

Olaylar.az xəbər verir ki, hadisə Qax şəhərinin giriş hissəsində qeydə alınıb.

Belə ki, "Ford" və "Hyundai" markalı yük avtomobilləri ilə "Moskviç" markalı avtomobil toqquşub. Qəzadan sonra "Moskviç" yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin hadisə yerinə çağrılmış Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində "Moskviç" in sürucüsü də ağır xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31