Keçmiş məhkum şantajla 1000 manat aldı - 9 min də götürərkən tutuldu
1 Dekabr 2023 10:06 HadisəBakıda hədə-qorxu ilə bir nəfərin 1000 manat pulu alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə 1000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədov noyabrın 27-də yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31